Səudiyyədəki qalaya bu geyimdə getdi - FOTO

Amerikalı aktrisa, “Qızıl Qlobus” və “Emmi” mükafatları laureatı, “Oskar” mükafatına namizəd Şeron Stoun Səudiyyə Ərəbistanında keçirilən kinofestivalda yer alıb. SİA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

64 yaşlı aktrisa Film Festivalının açılışı çərçivəsində keçirilən qala gecəsinin qırmızı xalçasına çıxıb. Şeron Stoun “Sevgi nədir?” filminin premyerasının qonaq ulduzu olub.

O, çəhrayı libasda kameralar qarşısına keçib. Görünüş qara məxmər əlcəklərlə tamamlanıbı Aktrisa qısa saç düzümünə isə “yaş” effekti verib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə