Qalkin Sankt-Peterburqda konsert verəcək

Şoumen, komediya ustası və teleaparıcı Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınır) 2023-cü ilin yazında Sankt-Peterburqda konsert verməyi planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənətçi müxtəlif ölkələrə qastrol səfərlərini davam etdirir. Belə ki, rəsmi internet saytında onun ifaları ilə bağlı afişa təqdim olunub. Qeyd edək ki, konsertlərin keçiriləcəyi şəhərlər arasında Sankt-Peterburq da yer alıb. Qalkin tur çərçivəsində 7 mart 2023-cü ildə Sankt-Peterburqa gələcək.

No! Amma, sən demə, bu Rusiyadakı Sankt-Peterburq deyilmiş. Belə ki, Maksim Qalkin ABŞ-ın Sankt-Peterburquna səfər edəcək.

Qeyd edək ki, ingilis dilində onun adı Şimal paytaxtı ilə eyni şəkildə yazılır. Floridada yerləşən şəhər qısaldılmış şəkildə Müqəddəs Pit kimi yazılır. Amerikanın Sankt-Peterburq şəhəri insanlar arasında məşhur istirahət məkanıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə