Rusiya aktyoru, şoumeni İvan Urqant Azərbaycana gəlib. SİA xəbər verir ki, TV ulduzu ötən gün Bakıya təşrif buyurub. O, paytaxtda keçirilən tədbirlərin birinin özəl qonağı olub.

Sözügedən gecədə Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənnilər Azad Şabanov, Cin, aparıcılar Kamilə Babayeva, Samirə Mustafayeva, Ranar Musayev, Hüsniyə Məhərrəmova və başqaları da iştirak edib.

Tədbirdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə