Məşhur fenomen evlənmə tarixini AÇIQLADI

Məhəmməd Alsaloussi ilə ikinci dəfə evlənməyə qərar verən sosial media fenomeni Şeyma Subaşı toy tarixini açıqlayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Şeyma Subaşı ilə ikinci dəfə barışan misirli iş adamı Muhammed Alsaloussi evlənmək qərarına gəlib. Ötən həftə toya dəvətnamə paylaşan Şeyma Subaşı mövzuya münasibət bildirib. Subaşı "Mayda evlənəcəyik. İndi toyun yerini deməyəcəm. Toyum Türkiyədə olmayacaq, gözəl yerdə olacaq" deyib.

Qeyd edək ki, Subaşı bir müddət əvvəl sevgilisi Muhammed Alsaloussi ilə çəkdirdiyi fotoda "Hamilə olmaq üçün səbirsizlənirəm" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə