Hiss gələn ay ilk albomunu təqdim edəcək

Sənətçinin dekabrın 2-də yeni “Mars” adlı layihəsinin buraxılışı baş tutacaq. Bir müddət əvvəl adı açıqlanan alboma yeni yeddi bəstə daxil ediləcək. SİA xəbər verir ki, musiqi işinin birinci mahnısı “Unuduram” noyabrda təqdim olunub və yutubda 1 milyondan çox baxış toplayıb.

Bu layihədə Hiss-in “Karma” və Kəpənəklər” hitlərinin müəllifi Abbas İsmayılın yeni “İddia” adlı mahnısı da yer alıb.

Həmçinin, bura ifaçının ilk dəfə çalışdığı Rafael İntihadan iki bəstə əlavə edilib ki, onlar “Betərin betəri” və alboma adı qoyulan “Mars”dır.

“Sayıram”, “Cəsarət” kimi uğur qazanan treklərin müəllifi olan Miro bu dəfə sənətçi üçün “Ulduzların Altında”, “Varmı” və hazırda onlayn olan “Unuduram”ı hazırlayıb.

Alboma daxil olan sonuncu , yəni yeddinci “Nasa” trekini isə “Od synaps” yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə