“Madrigal” Bakıya gəlir

Son illər populyarlığını artıran Türkiyənin gənc rok qrupu “Madrigal” Bakıya gəlir. SİA xəbər verir ki, “Səni dərd etmələr” mahnısı ilə musiqi platformalarında milyonlarla dinlənmə sayı toplayan qrupun konserti fevralın 4-də baş tutacaq.

“Boom Group” tərəfindən reallaşdırılacaq tədbir Elektra Events Hall-da keçiriləcək. Konsertə biletlərin qiyməti 30 manatdan başlayır.

Qeyd edək ki, “Madrigal” “Ən yaxşı musiqi qrupu”, “Ən yaxşı albom” kimi mükafatların sahibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə