Məşhur aktrisa əməliyyatlarına 315 min xərclədi

Büşra Pekin estetikası ilə tamam başqa insana çevrilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Çox Gözəl Hərəkətlər" verilişi ilə tanınan Büşra Pekinin yeni estetik əməliyyatından sonra köhnə halından əsər-əlamət qalmayıb. 15 il ərzində estetik əməliyyatlara 315 min TL (28740 AZN) xərcləyən aktrisa, bununla yanaşı xeyi çəki də verib.

Sosial şəbəkə hesabında fotosunu paylaşan Büşranı izləyiciləri tanımayıb. Onu da qeyd edək ki, son olaraq göz əməliyyatı etdirən Büşra xeyli dəyişib. Hər kəs ondan estetik həkiminin kim olduğunu maraqlanıb.

Büşra Pekinin etdirdiyi estetik əməliyyatların qiymət siyahısı: Badamı göz estetikası - 70 min TL Bixektomiya - 45 min TL Dodaq böyütmə - 6 min TL Yanaq sümüyü dolğusu - 6 min TL Çənə dolgusu - 6 min TL Çənə ucu doldurulması - 6 min TL Yüngül doldurma - 6 min TL Botoks - 5 min TL Dental implant - 80 min TL Rinoplastika - 50 AZN Tipoplastika - 35 min TL

Bütün xəbərlər Facebook səhifəmizdə