Ukrayna əsilli müğənni arzuolunmaz şəxslər siyahısına daxil edilib

Ukrayna əsilli müğənni Svetlana Loboda Litvanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Litva xarici işlər nazirinin mətbuat katibi Paulina Levitskaite jurnalistlərə açıqlamasında bildirib.

Litvanın mədəniyyət naziri Simonas Kairis isə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Lobodanın mövqeyinin aydın olmadığını vurğulayıb.

Qeyd edək ki, Loboda hazırda Latviyada yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə