Müğənni Sevdayla “Manga” eyni səhnədə yer alıblar

Türkiyənin məşhur musiqi qrupu “Manga” Azərbaycana gəlib. SİA xəbər verir ki, onlar bu gün Bakı Konqres Mərkəzində səhnə alıblar.

Populyar mahnılarını səsləndirən qrupun səhnəsinə Əməkdar artist Sevda Ələkbərzadə də qonaq olub. “Manga”nın solisti Ferman Akgül “Səsinə, sənətinə heyran olduğumuz bir dostumuzu səhnəyə dəvət etmək istəyirik” deyərək Ələkbərzadəni təqdim edib.

Sənətçilər birgə mahnıları olan “Ulu Vətən”i səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə