“You” serialının dördüncü mövsümü 2023-cü ilin fevralında yayımlanacaq

“You” serialının dördüncü mövsümü 2023-cü ilin fevralında yayımlanacaq

Məşhur “You” serialının dördüncü mövsümü 2023-cü ilin fevralında yayımlanacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Netflix”in “Tvitter” hesabında məlumat verilib. Qeyd olunub ki, dördüncü sezonun birinci hissəsi fevralın 9-da tamaşaçı qarşısına çıxacaq.

İzləyicilər ikinci hissəsi bir ay sonra - martın 9-da görəcəklər. Serial əvvəllər ABŞ-da cərəyan etsə də, indi Böyük Britaniyada baş verən hadisələr yer alacaq.

Qeyd edək ki, “You” serialı bir təqibçi və qızların arxasınca qaçan qatil haqqındadır. İlk mövsüm 2018-ci ildə işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə