"Toppuş bacı" xəstəxanadan evə buraxıldı

"Toppuş bacı" xəstəxanadan evə buraxıldı

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan evə buraxılıb. SİA xəbər verir ki, bu barədə Toppuş bacı özü bildirib. O hazırda səhhətinin yaxşı olduğunu deyib: "Səhhətim kafidir. Xəstəxanadan çıxmışam, amma indi sistem köçürülməsinə gəlmişəm. Başımda olan törəmələrə görə qaytarıram. Dekabrın 7-də ikinci iynəm vurulacaq. Həmin vaxt kimyəvi terapiya da alacam. Qan analizi verdikdən sonra nəticə məlum olacaq".

Qeyd edək ki, bir müddət Tünzalə Əliyevanın başında bədxassəli şiş aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə