“Məni də bitirdin, özünü də” - REZADAN HADİSƏYƏ

“Məni də bitirdin, özünü də” - REZADAN HADİSƏYƏ

Türk müğənni Hadisə və cənubi azərbaycanlı iş adamı Reza Zarrabın yazışmalarının məhkəmə sənədində yer aldığı iddia olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, gizli eşq xəbərləri ilə gündəmdən düşməyən məşhurların "vatsap" üzərindən bu məsələni müzakirə etdikləri deyilib. Belə ki, ötən il bu məlumatın yayılmasından sonra Hadisə Rezaya yazıb. Zarrab isə ona “Məni də bitirdin, özünü də” deyərək üsyanını dilə gətirib.

Sənətçinin eks-sevgilisinə “Səninlə yaşadıqlarıma görə peşman deyiləm. Kaanı (Pop ulduzun o zamanki sevgilisi Kaan Yıldırım) rahatlatmaq üçün etdim. Şübhə altında qaldım, məcburdum. Mənə lütfən hücum etmə” sözlərini dediyi, daha sonra isə “Foto da var imiş” deyərək iş adamını xəbərdarlıq etdiyi söylənilib.

İddiaya görə isə, həmin kadrda Reza və Hadisənin Amerikada əl-ələ görüntüləri yer alıb.

Qeyd edək ki, Rezanın Ebru Gündeşlə 11 illik evliliyinin Hadisəyə görə bitdiyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə