Hollivud ulduzu Keyt Maranın ikinci övladı dünyaya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı aktyor Ceymi Bellə evli olan aktrisa bu barədə sosial şəbəkədə məlumat verib. O, instaqram hesabında körpənin fotosunu paylaşaraq 1 həftə əvvəl ana olduğunu bildirib. Keyt övladının cinsiyyətini isə açıqlamayıb.
Qeyd edək ki, 2017-ci ailə quran cütlüyün digər övladının da cinsiyyəti bəlli deyil.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB