Ötən ay ailə quran türk aktrisa Merve Boluğur dicey həyat yoldaşı Mert Aydınla ayrılmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Merve “İnstaqram” hesabında məlumat paylaşıb.
“Olmadı, təşəkkürlər… Həyat budur… Mertə də xoşbəxt günlərimiz üçün təşəkkür edirəm”, - deyə, sənətçi qeyd edib.
Xatırladaq ki, bu aktrisanın ikinci evliliyi idi. Boluğur daha öncə müğənni Murat Dalkılıçla ailəli olub, boşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB