“İllərdir nağd pulum yoxdur” - MÜĞƏNNİ

“İllərdir nağd pulum yoxdur” - MÜĞƏNNİ

Amerikan pop müğənnisi Britni Spirs son 15 il ərzində ona qoyulan alış-veriş qadağasından danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi bu barədə “İnstaqram”da məlumat yayıb.

“Bir şey almaq vaxtı gələndə atam kodu daxil edib mənim yerinə adımı yazdığı üçün həmişə kənara çəkilib görünməz olmalıydım. Mən özüm kredit kartından istifadə etməmişəm. İllərdir nağd pulum yoxdur. Bir şey almağın necə olduğunu unutmuşam. İlk kartımı bir il əvvəl bankomatdan almışam. Dəqiq tarix 19 oktyabr, 2021-ci ildir. Mənim üçün çox vacib idi”,- deyə Britni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə