Milli Konstitusiyamız – Müstəqil Azərbaycanın ən ali qanunudur! ŞƏRH
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiya ölkəmizin demokratik yolla inkişafının ən başlıca təminatçısı olub. Konstitusiyanın qəbulundan ötən müddət ərzində Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları tam bərqərar olub, bəşəri və milli dəyərlər qorunub saxlanılaraq inkişaf etdirilib, demokratik, hüquqi və dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu öz inkişafının ən məhsuldar dövrünə çatıb. 12 noyabr 1995-ci ildən dinindən, dilindən, irqindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları hüquq bərabərliyi şəraitində yaşayır, yaradır, respublikamızın mədəni, siyasi və iqtisadi inkişafını təmin edirlər.Konstitusiyamız ümumbəşəri və demokratik prinsiplərə əsaslandığını, ölkəmizdə demokratik, hüquqi və vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaratdığını, insanların hüquqlarını müdafiə etmək üçün bütün təminatları verdiyini xüsusi qeyd etmək lazımdır. Əsas Qanunumuz ictimai-siyasi həyatın bütün sahələrini özündə əks etdirir və demokratik inkişafımızı təmin edir. Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən olan hakimiyyət bölgüsü, beynəlxalq hüquqi sənədlərdə və konvensiyalarda əksini tapmış bütün hüquq və azadlıqların təminatı prinsipləri, habelə cəmiyyət həyatının digər önəmli məsələləri öz əksini tapıb.Eyni zamanda, Konstitusiyamız ölkənimizin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini və digər bu kimi məsələlərini müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik olan qanunmuzdur. Azərbaycanda sovet hakimiyyəti dövründə beş konstitusiya qəbul olunsa da, əslində bu konstitusiyalar SSRİ-nin Konstitusiyasına uyğunlaşdırılırdı. Ümummilli lider Heydər Əliyevin ən gözəl əsərlərindən biri sayılan Konstitusiyamız 27 il sonra bu gün özündə müasir demokratik amilləri əks etdirir və dünyanın bir çox ölkələrinin konstitusiyalarından öndə durur.
Azər Nemətli,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB