“Azərbaycanla Özbəkistanı tarixi köklər, mədəni dəyərlər və din birləşdirir” - DEPUTAT AÇIQLADI
“Azərbaycanla Özbəkistanı tarixi köklər, mədəni dəyərlər və din birləşdirir. Hətta Sovet dövründə də Azərbaycan və Özbəkistan ən yaxın iki respublika sayılırdı. Bu gün müstəqillik dövründə də Azərbaycan və Özbəkistan üçün münasibətlərin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, belə ki, Daşkənddə və Özbəkistana səfər edən milli liderimiz iki ölkə arasındakı münasibətlərin strateji dostluq, tərəfdaşlığa söykənməsi barəsində fikirlər söyləyir və iki ölkə arasındakı münasibətlərin gələcəkdə yüksələn xəttlə davam etdiriləcəyini qeyd edir: “Cənab Prezident İlham Əliyevin Özbəkistana bu il 3-cü dəfə səfər edib. Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşündə bunu söylədi ki, “Bizim münasibətlərimiz yüksək xəttlə inkişaf edir. Bu, artıq strateji tərəfdaşlıq və dostluq əlaqələridir. Mənim sizin ölkənizə 3-cü səfərimdir və onu deməyə də əsas verir ki, iki ölkə arasında olan münasibətlər çox sürətlə inkişaf edir”.
Vüqar İskəndərov sözlərinə belə davam edib: “Həqiqətən də bu gün iki ölkə arasında həm ticarət dövriyyəsində, həm mədəni əlaqələrin inkişafında, həm texniki tərəfdaşlıq sahəsində və digər sahələrdə inkişaf görünür. İki ölkə rəhbərləri hökumət və parlamentlər səviyyəsində olan münasibətlərin artım tempini qeyd etdilər.
Siyasi münasibətlərə gəlincə, Özbəkistan dəfələrlə Azərbaycan ərazi bütövlüyünün dəstək verdiyini qeyd edib və bu dəfə də Özbəkistan prezidenti cənab İlham Əliyevlə görüşündə Azərbaycanı 8 noyabr Zəfər Günü münasibətilə ürəkdən təbrik etdiyini söylədi. Özbəkistan bu qələbə münasibətilə Azərbaycanın həmişə yanında olduqlarının mesajını verdi. Bu çox önəmli məsələdir və bir daha iki ölkə arasındakı münasibətlərin dostluğa, tərəfdaşlığa və müttəfiqliyə aparan yolda olduğunu göstərmiş oldu”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB