İran-Azərbaycan münasibətləri nə zaman həll olunacaq? - POLİTOLOQ QEYD EDİB
“İran dövlətinin təkcə təlimləri deyil, son zamanlarda bütün sahələrdə Azərbaycana qarşı əzələ nümayiş etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.
Politoloq qeyd edib ki, İran həmçinin "qırmızı xətlər" barədə müxtəlif bəyanatlar verir. Bunlarda heç də İran-Azərbaycan münasibətlərinin yaxınlaşmasına xidmət etmir: ”Ona görə ki, İran bu gün müsəlman dindaşlarının yanında deyil, Ermənistanın yanındadır. Təbii ki, onların bu əməlləri Azərbaycan tərəfindən xoş qarşılanmır. Buna görə də biz İrana qarşı müəyyən tədbirlər görürük. Biz uzun müddət İranın bu və ya digər çıxışlarına göz yumuşuq ona görə ki, Azərbaycan hər zaman öz qonşuları ilə dostluq münasibətini əsas prinsip kimi götürməsindən irəli gəlir. Son zamanlar biz bu siyasəti həyata keçirdiyimiz zaman İranın bizə qarşı adekvat addım atmadığının şahid oluruq. Təbii ki, bizdə İranın bizə qarşı olan bu kimi çıxışlarına sonsuza qədər susmayacağıq. Azərbaycan bu barədə İranın rəsmilərinə bu barədə xəbərdarlıqda edib. İran 44 günlük Vətən müharibəsinə qədər özünü müəyyən qədər yumuşaq aparsa da, müharibədən sonra özünü açıq-aşkar biruzə verir. Azərbaycan-İran münasibətləri getdikcə çətinləşərək, gərginləşir. Bunun əsasını isə İran dövləti qoyub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB