Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli noyabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, deputat səfər çərçivəsində “ABŞ-da aralıq seçkilər: ABŞ demokratiyasına, Avropa İttifaqına və dünya siyasətinə təsirləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcək. O, müxtəlif mövzularda keçiriləcək sessiyalara da qatılacaq.
Səfər noyabrın 17-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB