Tarixi dəyişən sənədlər ŞƏRH

Azərbaycan tarixinə daha bir tarix yazıldı – 10 noyabr 2020-ci il. Bu tarix 44 günlük müharibənin bitdiyi və bəyannamənin imzalandığı tarixdir. Bu tarixdən 2 il keçir. 44 günlük müharibə Azərbaycanın müasir və ən yeni tarixində əsrlər boyu yaşayacaq və təhlil olunacaq bir hadisədir. 44 günlük müharibə yüz illərin proseslərin nəticəsinə yekun vuran böyük hadisədir. İstər hərbi quruculuğu sahəsində olsun, istər iqtisadi islahatlar bunlar hamısı hərtərəfli hazırlanmış sistemli fəaliyyət proqramının nəticəsi olaraq meydana çıxdı. Üç dəfə atəşkəs elan olunmasına baxmayaraq, atəşkəs Ermənistan tərəfindən pozulmuş və nəticədə, cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələri atəşə tutulmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, ön cəbhədə yaralı zabit-əsgərlərimizə tibbi yardım göstərən tibb işçilərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Bu biklik həm hərbi həm də mənəvi zərbə oldu düşmənə. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə aldılar. Azərbaycanın qədim şəhəri Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olmuşdur.

Qarabağ atəşkəs bəyanatı 10 noyabr 2020-ci ildə imzalanmış İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasının ardınca imzalanmışdır. Qarabağ atəşkəs bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məsələləri əhatə edir. 10 noyabr bəyanatından sonra Ermənistanda ictimai-siyasi, intellektual böhran dərinləşərək uçuruma yuvarlandı. 10 noyabr Bəyanatı ilə Azərbaycanın böyük Zəfəri və Ermənistanın kapitulyasiyası təsdiqləndi. QALİB ORDUNUN ƏSGƏRİ VƏ QALİB XALQIN VƏTƏNDAŞI OLMAQDAN QÜRURLU HEÇ NƏ YOXDUR DÜNYADA.

QARABAĞ AZƏRBAYCANDIR!!!

Şəhla Xəlilova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyin Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə