Şuşanın azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı - ŞƏRH

Şuşanın azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı - ŞƏRH

Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı.

Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı.
8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur.. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. lakin insanların ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi.
İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdu.
Şanlı Azərbaycan Ordusu 30 il düşmən tapdagı altında qalmış dogma torpaqlarımızı 44 günlük ugurlu hərbi əməliyyatlar nəticəsində azad etdi.Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı.

Vətən müharibəsi, onun şanlı epizodu olan Şuşa əməliyyatı kimin kim olduğunu göstərdi. Azərbaycan və Ermənistanın bu təkbətək döyüşü “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi, həm düşmənə, həm də dünyaya bizim gücümüzü göstərdi, haqq-ədalətin təntənəsi oldu...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Prezident İlham Əliyevin həmin gün səsləndirdiyi bu sözlər indi də qulaqlarda əks-səda verir. 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi. Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanından Şuşanın azadlığını xalqımıza müjdələyəndə onu da qürurla söyləmişdi ki, ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt adamdır.

Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl yanvarın 14-ü gəlmişəm. Bax bu gün, yanvarın 14-də yenə də burdayıq. Bu dəfə müzəffər Azərbaycan ordusunun, qalib Azərbaycan ordusunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayragın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacagıq!Biz Şuşanı və dagıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik.

Əlbəttə, ermənilərin torpaqlarımızda törətdikləri vandalizmi, 30 illik işğal tarixini də unutmaq olmaz. Bu gün Füzulidən Şuşaya yeni yol çəkilir. “Zəfər yolu” adlanan bu yol Azərbaycan əsgərinin öz qanı-canı bahasına açdığı cığırların izi ilə salınır.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Xəyalə Əzizova
Xəzər rayonu, 120 nömrəli məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə