YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis olunub FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə YAP Nəsimi rayon təşkilatı Nizami küçəsi 67 ("ABB" ASC) ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.Təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov qarşıdan gələn 21 Noyabr - Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə iştirakçıları təbrik edib. Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Sonra çıxış edən partiya üzvü, "ABB" ASC-nin Mərkəzi Aparatının rəhbəri Azər Qədirov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ölkə daxilində mövqelər çox möhkəm olduğunu vurğularaq qeyd edib: "Partiyanın demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır".
Çıxışlardan sonra səsvermə keçirilib və Nizami küçəsi 67 ərazi partiya təşkilatı təsis edilib. Azər Qədirov yekdilliklə Nizami küçəsi 67 ərazi partiya təşkilatının sədri, Kamal İbrahimli isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə, Yeni Azərbaycan Partiyasına təşəkkürlərini bildiriblər.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB