Tərtərdə YAP-ın 30 illiyi qeyd olunub FOTOLAR

Tərtərdə YAP-ın 30 illiyi qeyd olunub FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi ərəfəsində YAP Tərtər rayon təşkilatının yaradılmasında xüsusi xidmətləri olmuş Bağırov Zakir Bağır oğlu rayon təşkilatına dəvət olunmuşdur. Onun uzun müddət rayon təşkilatında səmərəli fəaliyyətini və rayonun ictimai-siyasi həyatında fəal iştirakını nəzərə alaraq YAP Tərtər rayon təşkilatı tərəfindən "Təşəkkürnamə" ilə təltif edilmişdir. Bağırov Zakir Bağır oğlu ona göstərilən diqqətə görə təşəkkür etmiş və bu gündən sonra da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyəcəyini və Yeni Azərbaycan Partiyası ilə sıx əlaqədə olacağını qeyd etdi.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə