"17 noyabr Azərbaycan xalqı üçün əlamətdar günlərdən biridir" - SİAYSİ EKSPERT ŞƏRH ETDİ

"17 noyabr Azərbaycan xalqı üçün əlamətdar günlərdən biridir" - SİAYSİ EKSPERT ŞƏRH ETDİ

"17 noyabr Milli Dirçəliş Günü Azərbaycan xalqı üçün əlamətdar günlərdən biridir. Azərbaycan tarixində bu gün müstəqilliyə və milli azadlıq hərəkatının formalaşmasında önəmli bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov söyləyib.

Onun sözlərinə görə, həm ölkə daxilində, həm də ölkə xaricində, Milli Dirçəliş günü tarixi ilə bağlı təbliğat işləri aparmalıyıq. Azərbaycanın müstəqilliyi yolunda, bizim bir xalq kimi formalaşmağımız yolunda mühüm bir proses olmuşdur. Düşünürəm ki, bu istiqamətdə daha geniş tədbirlər olmalıdır, təbliğatlar aparılmalıdır. Bu yol ilk dəfə xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən məhz Naxçıvanda Azərbaycanın müstəqil dövlət quruculuğu yolunda atılmış ilk addımlardan biridir. Bu yolu biz xalq olaraq hər zaman digər xalqlara da çatdırmalıyıq. Düşünürəm ki, biz bu yolu Qərb ölkələrində və Avropa ölkələrində daha çox təbliğ etməliyik ki, regionda da hal-hazırda öz müstəqilliyi uğrunda mübarizə aparan ölkələrə stimul olsun. Bir daha bütün xalqımızı bu gün münasibəti ilə təbrik edirəm, müstəqilliyimiz əbədi daim yaşar olsun".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə