Mövlud Çavuşoğlu Ahıska türkləri ilə görüşüb

Mövlud Çavuşoğlu Ahıska türkləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanın Çimkənt şəhərində Ahıska türkləri ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu nazir tviterdə yazıb. O bildirib ki, Türkiyə daim Ahıska türklərinin yanında olacaq, haqlarını müdafiə edəcək.

“Türk dünyası birlikdə güclüdür”, - XİN başçısı vurğulayıb.

Qeyd edək ki, M.Çavuşoğlu Qazaxıstanda səfərdədir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə