Bayraq bir ölkənin var olması üçün əhəmiyyətlidir - DEPUTAT DANIŞDI

Bayraq bir ölkənin var olması üçün əhəmiyyətlidir - DEPUTAT DANIŞDI

“9 noyabr ölkəmizdə Dövlət Bayrağı günü olaraq qeyd edilir. Bu gün cənab Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə təsis edilmişdir. Daha sonra 2010-cu ilin 1 sentyabr tarixində Bakıda ilk dövlət bayrağı meydanı açılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, o zaman üçün dünyanın ən böyük bayrağı olan üçrəngli bayrağımız Bakımızda dalğalanmağa başlamışdır: “Lakin ona qədər isə hələ ötən əsrin əvvəllərində Azərbaycan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin nazirlər şurası tərəfindən təsis edilib.
Bayraq bir ölkənin var olması üçün onun dili, gerbi, himni qədər əhəmiyyətlidir. Ulu Öndər Heydər Əliyevin bayraqla bağlı kəlamlarından birində kim ki, Azərbaycanın müstəqilliyinin əbədi olmağını istəyir, Azərbaycanın torpaq bütövlüyünü, işğal altında olan torpaqlarının azad olmasını istəyirsə, onların Azərbaycan bayrağı altında birləşməli olduğunu bildirib. Bu müdrik kəlamların işığı doğrultusunda Azərbaycan xalqı da öz möhtəşəm ordusu və Ali Baş Komandan cənab İlham Əliyev ilə birlikdə iki il bundan əvvəl Azərbaycanın üçrəngli bayrağı altında irəliləyərək, 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi. Bu gün bizim dövlət atributumuz olan Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Bu əlbəttə ki, hər bir Azərbaycanlı üçün çox qürurverici bir məqamdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə