Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun mərkəzində Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsinin ikinci ildönümü münasibətilə Zəfər günü banneri yerləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev feysbuk hesabında bildirib.
“Sarayevonun mərkəzində Zəfər günü banneri. Zəfər həmişə bizimlə olsun!”, – V.Quliyev sosial şəbəkə hesabında yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB