"İran Ermənistanın himayədarı rolunda çıxış edir" - POLİTOLOQ ŞƏRH ETDİ
"İran bir daha qeyri-səmimi və obyektiv olmayan siyasi xətt yeritdiyini nümayiş etdirmiş oldu. Ümumilikdə İslam mədəniyyətinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarında 30 illik işağal zamanı dağıdılması prosesinə göz yuman, Ermənistanın işğalçılıq dövründə Azərbaycan mədəniyyətinə və İslam dəyərlərinə aid olan abidələri vəhşicəsinə dağıtması, Azərbaycan məscidlərində donuz saxlamasına görə heç bir etiraz etməyən İranın bu gün Ermənistanla "əməkdaşlıq" göstərməyi rəzalətin göstəricilərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, son dövrlər İrandan Azərbaycana qarşı artan aqresiyyanın fonunda ölkəmizin də adekvat reaksiya verməsi İranı qıcıqlandırır: "Bütövlükdə müstəqilliyimizin 30 ili boyunca İran Azərbaycanda vəziyyəti qəlizləşdirmək, problemlər yaratmaq üçün müxtəlif növ təxribatçı addımlar atıb.
İranın rəsmi resusrlarında Azərbaycan əleyhinə təbliğatlar aparması kifayət qədər ciddi məqamlardan xəbər verir. Bu gün isə İran Ermənistanın himayədarı rolunda çıxış edir. İran rəsmilərinin tez-tez Ermənistana səfər etməsi də dediyimiz bu nüansları bir daha ortaya çıxarır. Əslində İranın nə qədər çarəsiz durumda qaldığını göstərir. İran parlamentinin sədrinin Azərbaycana səfərindən imtina etməsi onun özünün ambissiyalarının və qorxaqlığının göstəricisidir. Səfərdən imtina edib Ermənistana səfər etmək İranın ikiüzlülüyünü bir daha göstərmiş olur. İran Ermənistanın vasitəsilə Azərbaycan və Türkiyə əleyhinə fəaliyyəti təşviq etməyə çalışır. Hesab edirəm ki, bütün bu addımlar İranın olmayan nüfuzunun daha da zəifləməsinə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB