YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır TƏDBİR
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Ü.Hacıbəyov küç.80 (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Ü.Hacıbəyov küç.80 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sarvan Cəfərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva və ərazi üzrə partiyanın üzvləri iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Ü.Hacıbəyov küç.80 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sarvan Cəfərov tədbirin baş tutmasının əsas məqsədi qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd edib: "Bu gün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın üzvünü birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Bu gün doğma Partiyamız Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi bir anlarda - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin söylədiyi kimi: "YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq".
B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyaya üzv olan bütün əməkdaşları təbrik edib. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin bir qrup əməkdaşının Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan 55 nəfərə üzvlük vəsiqələri və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə Fəxri Fərman təqdim olunub.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB