"İranın siyasəti və mövqeyi tamamilə bəllidir" - TÜRK SİYASİ EKSPERT AÇIQLADI

"İranın siyasəti və mövqeyi tamamilə bəllidir" - TÜRK SİYASİ EKSPERT AÇIQLADI

"Bildiyimiz kimi, dünən Nikol Paşinyan Soçidən Tehrana gedib. Onu bu səfərdə həm iqtisadi və siyasi heyət müşaiyyət edib". Bu sözləri SİA-ya açıqlamasında türkiyəli siyasi ekspert Kerim Askeri deyib.

Onun sözlərinə görə, bu səfər olduqca böyük məna daşıyır: "Burada Ermənistanın İrandan alacağı qaz və elektrik enerjisi anlaşmaları da ola bilər. Amma digər tərəfdən məsələyə baxdıqda, bu səfərin Azərbaycana aid olan hissəsi ondan ibarətdir ki, Ermənistan Soçidəki görüşdə istədiklərinə nail olmadı. İran da bu mesajı verməyə çalışır ki, "Qarabağ müharibsəində mövqeyimiz bəllidir". Bundan sonra da İran Ermənistanın yanında olduğunu hər şəkildə açıqlayıb".

Kerim Askeri sözlərinə belə davam edib: "İranın siyasəti və mövqeyi tamamilə bəllidir. İran Zəngəzur dəhlizini də özünün qırmızı xətti olaraq elan edib. Bu mənada İran çalışır ki, Bakı-Ankara münasibətlərinə qarşılıq olaraq, Tehran-İrəvan xəttini gücləndirsin. Digər tərəfdən də, 50 günə yaxındır İranda aksiyalar gedir. İran həm də bu mesajı verməyə çalışır ki, ölkədə əmin-amanlıqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə