YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşlarları və Moskva pr.67 (AzərSu ASC) ünvanı üzrə ərazi partiya təşkialtının sədri Günay Məmmədli 44 günlük Vətən müharibəsi şəhidi Balakişiyev Xəyal Müseyib oğlunun ailəsini ziyarət edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində yağı düşmən üzərində şanlı Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Balakişiyev Xəyal kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin də 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi Qələbədə rolu var. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra Balakişiyev Xəyal Müseyib oğlu "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB