“Qanun layihəsi siyasi partiyaların təkliflərinə əsasən hazırlanıb” AÇIQLAMA
“Milli Məclis ictimaiyyət üçün açıqdır. Belə ki, qanunların qəbul edilməsində ictimai rəy nəzərə alınır, vətəndaşların rifahına və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən qanunlar qəbul edilir və ya da mövcud qanunlarda dəyişikliklər həyata keçirilir. Milli Məclisin rəsmi səhifəsində ictimai müzakirəyə buraxılmış “Siyasi partiyalar haqqında” qanun layihəsi də ictimaiyyət tərəfindən çox maraqla qarşılanmış və müzakirələrdə iştirak edənlərdən çoxlu təklif və rəylər daxil olunmuşdur. O cümlədən 24 oktyabrda Milli Məclisdə “Siyasi Partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi siyasi partiyaların rəhbərlərinin iştirakı ilə əyani şəkildə təşkil olunmuşdur”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, ölkəmizdə aparılan islahatlar sayəsində yaranmış yeni siyasi konfiqurasiya, siyasi dialoq və plüralizmin əyani sübutudur: “Müzakirələrdə iştirak edən müxalifət partiyaların rəhbərlərinə qanun layihəsi ilə bağlı öz fikir və təkliflərini səsləndirilməsi üçün sərbəst şərait yaradıldı. 4 saat yarımdan çox davam edən ictimai müzakirələrdə fərqli fikirlər səsləndirilsə də, demək olar ki, bütün iştirakçılar qanun layihəsinin qəbulunun vacib olduğunu ifadə etdilər. Çünki qüvvədə olan “Siyasi partiyalar haqında” qanun 30 il əvvəl qəbul olunmuş və 90-cı illərin tələblərinə uyğun hazırlanmışdır. Bu gün isə cəmiyyət inkişaf edib və yeni reallıqda yeni çağırışlar meydana gəlmişdir. Bu yeni çağırışlar əsasən siyasi partiyaların ölkədə gedən siyasi proseslərə təsir gücünün artırılması və fəaliyyətinin aktivləşdirilməsinə uyğundur. Siyasi partiyanın özünün siyasi dayaqları olmalıdır ki, siyasi proseslərdə fəal iştirak edə bilsin. Ona görə də, hər bir siyasi partiyası üçün onu dəstəkləyən üzvlərin minimum sayı qanunla müəyyənləşdirilir. Bu da hal-hazırda özünü siyasi partiya adlandırlaraq xalq içində heç bir siyasi dəstəyə malik olmayan və ancaq cəmiyyəti yanlış istiqamətə yönəlməyinə çalışan müəyyən ailə yığıncaqları narahat edir”.
A.Badamov onu da bildirdi ki, müzakirəyə təqdim olunmuş qanun layihəsində siyasi partiyaların təsis edilməsi, fəaliyyət göstərilməsi, dövlətdən maliyyə dəstəyinin alınması və ləğvi məsələləri əks olunmuşdur: “Qanun layihəsi əsasən siyasi partiyaların təkliflərinə əsasən hazırlanmışdır. Təbii ki, ictimai müzakirələrdə səsləndirilən səmərəli təkliflər qanun layihəsinin son variantında nəzərə alınacaq və daha mükəmməl bir qanun ərsəyə gətiriləcəkdir. Hazırlanan qanunun ölkədə ictimai-siyasi sistemin inkişafında və yeni çağırışlara uyğun fəaliyyətlərinin formalaşdırılmasında əhəmiyyətli rolu olacaqdır. Həyata keçirilən geniş islahatlar ölkəmizin inkişafına xidmət etmiş və Azərbaycanı qalib ölkəyə çevirmişdir. Təbii ki, siyasi sistem islahatlardan kənarda qala bilməz. Yeni qanun layihəsinin qəbulu ölkəmizin siyasi sistemini daha təkmilləşməsinə və demokratikləşdirməklə ictimai-siyasi həyatımızın aktiv hissəsinə çevirəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB