Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür - SƏS TV

Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür - SƏS TV

Yeni Azərbaycan Partiyasının yaradılmasının (YAP) 30 illiyi münasibətilə partiyanın Masallı rayon təşkilatı tərəfindən konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları rayon Mərkəzi Parkında Ulu öndər Heydər Əliyevin abidəsini, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini və Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbirdə dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra YAP-ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “Yeni Azərbaycan Partiyası son 30 illik tariximizin şanlı səhifələrindəndir” mövzusunda məruzə ilə çıxış edərək partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda Yeni Azərbaycan Partiyasının 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib. Tədbirin sonunda rayon partiya təşkilatında fərqlənmiş üzvlərə fəxri fərmanlar, partiya sıralarına daxil olmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə