AZƏRBAYCANIN QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİNDƏN ÜÇ İL ÖTÜR TƏHLİL

AZƏRBAYCANIN QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİNDƏN ÜÇ İL ÖTÜR TƏHLİL

REZİDENT İLHAM ƏLİYEV: "Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi"

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyinin üç illik dövrü barədə açıqlama yayıb. Açıqlamada deyilir: “Bu gün, Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi təhvil almasından üç il ötür. Sədrliyimiz COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, ölkəmiz QH sədrliyi qismində irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu təşəbbüslər sayəsində pandemiya ilə əlaqəli çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb". Həmçinin o da bildirilir ki, QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb. Bəli, milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə özünün töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Xüsusilə də, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük təşkilatında ciddi canlanma baş verdi. Eyni zamanda, bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, Qoşulmama Hərəkatı 44 günlük Vətən Müharibəsi dövründə də yetərincə ədalətli mövqe sərgiləyib, bəyanatlar verib. Qoşulmama Hərəkatı öz prinsiplərinə, dəyərlərinə sadiq, haqqın yanında olan təşkilatdır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.Beləliklə də, qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandığı üçün, ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edildi. Bu, eyni zamanda Azərbaycan Prezidentinin qlobal liderlik fəaliyyətinə verilən yüksək qiymət və Azərbaycana olan etimadın, inamın növbəti təzahürüdür. Prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı.

AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATINA ÜZV ÖLKƏLƏR ARASINDA HƏMRƏYLİYİN GÜCLƏNDİRİLMƏSİNƏ XÜSUSİ ÖNƏM VERİR

Qeyd edək ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın hər bir təşəbbüsü əməkdaşlığın inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada əks qütblər arasında birliyin, həmrəyliyin yaradılmasına xidmət edir. Bu baxımdan, ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin müzakirə üçün seçdiyi mövzu da bu kimi məqamlara aydınlıq gətirir. Bakı konfransında Qoşulmama Hərəkatının üzv dövlətlərinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”nə öz töhfələrini verəcəklərinə əminlik ifadə edildi.”.Göründüyü kimi, hər zaman qlobal təşəbbüslər müəllifi İlham Əliyevin irəli sürdüyü daha bir təklif reallığa çevrildi. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən birmənalı olaraq təqdir edilib. Bu, bir daha təsdiq edir ki, Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir, hətta onun artıq təşkilata çevrilməsi istiqamətində vacib addımlar atır. Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir..Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlamaları və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilməsi, qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanması reallığını təsdiqidir. Bir sözlə, bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. Məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri isə dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir. Bundan başqa, pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan respublikamız 30-dan çox dövlətə də dəstək verib. Respublikamızın “peyvənd millətçiliyi”nə qarşı qətiyyətlə mübarizə aparması da Qoşulmama Hərəkatına üzv dövlətlərin mənafelərinə tam uyğundur. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü təşəbbüs BMT-nin İnsan Hüquqları Şurasında dəstəklənib. Və bu gün Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edərək böyük etimad qazanması Azərbaycanın dünyada qəbul olunan norma və prinsiplərə necə hörmətlə yanaşdığının göstəricisidir. Göründüyü kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Bəli, bu gün Ona inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur.Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 19 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Nəticədə isə, dövlət başçımızın dediyi kimi: "Biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə