Laçın rayonunda mina hadisəsi baş verib

Laçın rayonunda mina hadisəsi baş verib

Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən bildirilib ki, ilkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə