Xarici ölkələrin ombudsmanları və beynəlxalq ekspertlər Ağdam və Tərtərdə törədilmiş müharibə cinayətlərinin nəticələri ilə tanış olublar
Ağdamda səfərdə olan xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının nümayəndələri və beynəlxalq ekspertlər Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə dağıdılmış İmarət Kompleksini, Cümə məscidini, Dram teatrının binasını, Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki,xarici qonaqlar Qafqazın Xirosiması sayılan Ağdamda gördükləri mənzərədən, tarixi, sosial və mədəni infrastrukturun tamamilə dağıdılması, ətraf mühitin məhv edilməsi, ərazilərin minalarla çirkləndirilməsi ilə törədilən müharibə cinayətlərindən dəhşətə gəldiklərini bildiriblər.
BMT-nin beynəlxalq insan hüquqları üzrə eksperti Afərin Şahidzadə 30 illik işğal dövründə Ağdamda tarixdə görünməyən vəhşiliklərin, cinayət əməllərinin törədilməsinin müharibə cinayəti olduğunu qeyd edib.
Ölkəmizdə səfərdə olan xarici qonaqlar daha sonra Tərtər şəhərinə səfər ediblər. Tərtər rayonunda mülki əhalinin sıx yaşadığı ərazilərin davamlı şəkildə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumuna məruz qalması, insan tələfatı və dağıntılar barədə qonaqlara geniş məlumatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB