“Rusiya-Ukrayna müharibəsində son durum belədir ki, artıq qırmızı xətt hər iki tərəfdən keçilib. Mən, qırmızı xətt dedikdə Qərbi və Rusiyanı nəzərdə tuturam. Düşünürəm ki, bu və ya digər formada sülh müqaviləsi olmalıdır. Sülh olmasa, heç nə mümkün olmayacaq. Çünki 2500 illik bəşəriyyətin tarixində heç bir müharibə daimi getməyib. Bəli, tarixdə 17-18-ci əsrlərdə 30 il filan müharibə olub. Amma keçmişdəki hərbi sursatların gücünü bugünki ilə müqayisə etmək olmaz”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Ukrayna infrastrukturunun 75 faizi məhv olub: “Ukraynaya 1 trilyon 100 milyard dollarlıq ziyan dəyib. Bu çox böyük bir ziyandır”.
Deputat sözlərinə belə davam edib: “Qərb Ukraynaya 22-25 milyard dollar kömək edib ki, onun da çox hisssi hərbi sursatlardır. Bunlar da pulsuz yox, kredit formasında verilir.
Təsəvvür edin, 10 minlərlə insan tələf olur, Rusiyanın iqtisadiyyatı çökür, böyük problemlər yaranır, qiymətlər dəfələrlə artıb və qarşısı alına bilmir. Bəşəriyyət buna nə qədər dözəcək?! Hesab edirəm ki, gələn ilin yazına qədər sülh müqaviləsi bağlanacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB