Diplomatik pasportu olan Azərbaycan vətəndaşları Əlcəzairə vizasız səfər edəcək

Diplomatik pasportu olan Azərbaycan vətəndaşları Əlcəzairə vizasız səfər edəcək

Diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Əlcəzairə gedərkən viza tələbindən azad olacaq. SİA xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə