YAP Şamaxı rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib FOTOLAR

YAP Şamaxı rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib FOTOLAR

2022-ci il oktyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə partiyanın Şamaxı rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib. Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında olan videoçarx nümayiş olunub.Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı partiyanın 30 illik fəaliyyətindən ətraflı bəhs edib. Sonra çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ilin əvvəllərində Azərbaycan dərin böhran vəziyyətində idi. Məhz xalqı və dövləti bu böhrandan Ulu Öndər Heydər Əliyev çıxardı, xalqın, ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyası yarandı.Ölkəmizin son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Sonra Şamaxı RİHB-ın humanitar işlər üzrə müavini Mehriban Eyubova və Dağlıq Şirvan Təhsil idarəsinin müdiri Rövşən Əliyev Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görüldüyünü vurğulamışlar. Natiqlər dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir. Yeni Azərbaycan Partiyası xalqın partiyası olduğunu qeyd etmişlər.Daha sonra çıxış edənlər YAP Şamaxı rayon 59 saylı ərazi təşkilatının sədri Yaqut İbrəhimova və YAP Şamaxı rayon 48 saylı ərazi təşkilatının sədri – Emil Sayılov çıxış edərək qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu artır və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini gündən-günə genişləndirir.

Sonda partiya sıralarına yeni qəbul olan şəxslərə üzvlük vəsiqələri təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə