Putin əsgərlərin təlim zonasına baxış keçirib

Putin əsgərlərin təlim zonasına baxış keçirib

Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik çərçivəsində cəlb olunan əsgərlərin təlim zonasına baxış keçirib. SİA xəbər verir ki, sentyabrın 21-də 300 min nəfərin hərbi xidmətə cəlb olunmasını nəzərdə tutan qismən səfərbərlik elanından sonra Rusiya prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Qərb Hərbi Dairəsinin Ryazan hərbi poliqonunu ziyarət edib.

Putin əsgərlərə verilən təlimləri yerindəcə araşdırıb və komandirlərdən məlumat alıb. Putin əsgərlərə verilən geyimlərin, qoruyucu və çəkmələrin keyfiyyətini də araşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə