Prezidentin xüsusi nümayəndəsi Yaponiyada Naqasaki meri ilə görüşüb
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Yaponiyada Naqasaki meri ilə görüşüb və ikitərəfli əlaqələrin inkişafı müzakirə edib. SİA xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
“Yaponiyanın Hiroşima şəhərinə səfər çərçivəsində Naqasaki meri ilə görüş keçirilib və ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.
Daha sonra Hiroşima Sülh Memorial Muzeyinə səfər olunub və məşhur “Asahi Şimbun” qəzetinə müsahibə verilib”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB