Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilir - FOTO

Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilir - FOTO

Bu gün Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilir.

SİA-nın məlumatına görə, iclas Azərbaycan Ombudsmanı, Asiya Obudsmanlar Assosiasiyasının vitse-prezidenti Səbinə Əliyevanın təşəbbüsü ilə baş tutur.

Tədbirdə Yaponiya, İndoneziya, İran Ombudsmanı və insan hüquqları qurumlarının rəhbərləri və Türkiyə Baş Ombudsmanı, Pakistan Federal Ombudsmanı iştirak edir.

Tədbirdə təşkilata üzv ölkələrinin ombudsmanları arasında insan hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlığın gücləndirilməsi, təşkilata üzv olan ombudsman təsisatları arasında təcrübə mübadiləsinin aparılmasına dair fikir mübadiləsi aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə