“Makronun absurd bəyanatlarının arxa pərdəsindəki maraqlarda xoş niyyət yoxdur” - POLİTOLOQ ŞƏRH ETDİ
“Fransa hökumətinin "erməni sevgisi" və qərəzli mövqeyi yeni yaranmış bir hal deyil. Çox təəssüflər olsun ki, Fransa rəsmilərinin 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə oxşar bəyanatlarla çıxış etməsi niyə uzun illər ATƏT-in Minsk qrupu çərçivəsində işğala son qoyulması üçün heç bir real addım atılmadığını bir daha aydın şəkildə ifadə etmiş oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, bu gün Fransa yenidən Minsk qrupunun bərpa olunması yolu ilə Ermənistanın dəstəkçisi qismində proseslərə cəlb olunmaq və tərəf olaraq çıxış etmək istəyir: “Ona görə də, Fransa prezidenti Emmanuel Makronun belə absurd bəyanatlarının arxa pərdəsindəki maraqlarda heç bir xoş niyyət yoxdur. Belə bir şəraitdə Fransanın regionda sülhquruculuğu prosesinə töhfə verməsi ilə bağlı hər hansı bir gözlənti reallıqdan uzaqdır. Ümumiyyətlə, artıq Fransanın bitərəf dövlət qismində sülh danışıqlarında vasitəçilik etməsi Azərbaycan tərəfindən qəbul edilən deyil və tamamilə istisna edilməkdədir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB