Hər bir xalqın taleyində olduqca dəyərli, elə əhəmiyyət kəsb edən günlər var ki, həmin günlər onun gələcəkdə xoşbəxt, firavan həyatının başlanğıcının əsasını qoyub. Azərbaycan xalqı üçün də belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. Məhz 2003-cü il oktyabrın 15-də müdrük, uzaqgörən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında tamamilə yeni bir mərhələnın başlanğıcının təməli qoyuldu. Qədirbilən Azərbaycan xalqı 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna səs verdi və bu kursa sadiqliyini, eyni zamanda ulu öndərə sevgisini və inamını nümayiş etdirdi. Xalqımız ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi.
Prezident seçildiyi ilk gündən etibarən cənab İlham Əliyev bütün sahələrdə inkişafın təmin edilməsi üçün yerində, lazımi addımlar atmışdır. Yürüdülən siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, xalqın rifahının yüksəlməsinə, vətəndaş həmrəyliyinin bərqərar olmasına xidmət edir. Dövlət Başçımızın yürütdüyü daxili siyasətin mühüm istiqamətlərindən bir sosial siyasətdir. Vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırlması istiqamətində həyata keçirilən tədbirlər də bu reallığı deməyə əsas verir ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibidir. Ölkəmizlə əməkdaşlıq etməyə can atan ölkələrin sayı gündən – günə artmaqdadır. Azərbaycanın irəli sürdüyü olduqca əhəmiyyətli təşəbbüslər, ölkəmizin daha da güclənməsinə, möhkəmlənməsinə xidmət etdi. Dövlət başçımızın yürütdüyü xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Prezidentimiz mövzusundan asılı olmayaraq bütün Beynəlxalq tədbirlərdə, Forumlarda etdiyi çıxışlarda Azərbaycan həqiqətlərini, Ermənistanın işgalçı dövlət olduğunu, Qarabağın Azərbaycanın tarixi,əzəli torpağı olduğunu, Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində bir milyondan artıq vəətndaşımızın doğma yurd yuvasından didərgin düşüdüyünü faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Bunun nəticəsi olaraq dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. 2003-cü ildə olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürən Prezident İlham Əliyev dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi düşünülmüş siyasət, həyata keçirdiyi mühüm islahatlar nəticəsində Azərbaycan dövləti çox böyük uğurlar əldə etdi.Təbii ki, bu uğurların ən önəmlisi, zirvəsi isə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Məhz Prezidentimizin sayəsində Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Reallıq odur ki, Qarabağ məsələsi artıq keçmişdə qalıb. Bu gün Prezident İlham Əliyev üçün əsas prioritet məsələlərdən biri və ən önəmlisi işğaldan azad edilmiş ərazilərin qısa zamanda bərpa edilməsidir. Bu ərazilərdə quruculuq işləri sürətlə davam etdir, yeni yollar çəkilir, elektrik stansiyaları tikilir və görülən işlərə Dövlət başçımız şəxsən nəzarət edir. Azad edilmiş rayonlara mütamadi olaraq səfərlər edərək strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur, tapşırıq və tövsiyələrini yerində verir. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.Təbii ki, bütün bunlar bizdə qürur yaradır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB