“Sülh sazişinə hazırlaşan ölkə Azərbaycanda mina basdırmaz” - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ
“Son zamanlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həqiqətən də Brüssel formatı çərçivəsində çox önəmli addımlar atılıb və prosesin sülh sazişi ilə yekunlaşması üçün işlər xeyli sürətləndirilib”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

Onun sözlərinə görə, təbii ki, bunu istəməyən qüvvələr və ölkələr var: “Lakin bütün bunlarla bərabər proses öz tempi ilə gedir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri, sülh sazişinin mətninin üzərində hər iki ölkə tərəfindən işlənilməsi, iki tərəfdən də təşəbbüslərin dəstəklənməsi öz nəticəsini verəcək”.
Rauf Zeyni sözlərinə belə davam edib: “Əlbəttə ki, Ermənistan təxribatlarını istisna etmirik. Gördüyünüz kimi, sülh sazişinə hazırlaşan ölkə təxribat törədir və bizim əsgərlərimizi təxribat nəticəsində şəhid edirlər. Sülh sazişinə hazırlaşan ölkə, Azərbaycanda mina basdırmaz. Bu heç bir məntiqə uyğun deyil. Təxribatları qəti etirazımızı bildirməklə, düşünürük ki, Aİ təşəbbüsü öz müsbət nəticəsini verəcək. İnanırıq ki, yaxın gələcəkdə, yaxud bu ilin sonuna qədər sülh sazişinin imzalanması Aİ təşəbbüsü ilə öz bəhrəsini verəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB