"Prezidentin Praqa səfəri olduqca əhəmiyyətlidir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqaya səfər edib və bir çox görüşlərdə iştirak edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Prezidentin Praqa səfəri olduqca əhəmiyyətlidir, burada ölkə başçısı "Avropada sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada iştirak edib: "Keçirilən tədbirlərdə ölkə başçısı çox vacib məqamlara toxunub. Burada Avropa İttifaqının Prezidenti Şarl Mişel Azərbaycanın tezliklə sülh müqaviləsini imzalamasına dəstək verib. Biz torpaqların ərazi bütövlüyünü tezliklə bərpa etmək istəyirik, sürətlə sərhədlərin delimitasiyasının, demarkasiyasının, bununla yanaşı kommunikasiyaların açılmasını istəyirik. Azərbaycan illər boyu işğal altında olan torpaqlarını azad etdikdən sonra orda orada quruculuq-bərpa işlərini həyata keçirmişdir və bu proses bu gün də davam edir. Biz bölgəmizi hərtərəfli sabitlik, əməkdaşlıq, müttəfiqlik bölgəsinə çevirmək istəyirik. Ölkə başçısı sülh sazişinin hazırlanması üçün istənilən platformada danışıqlara hazır olduğumuzu ifadə edib. Azərbaycanın sülh diplomatiyasına dəstək verən ölkələr vardır. Bu istiqamətdə dövlət başçısı İlham Əliyevin apardığı siyasət uğurla davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB