Azərbaycan vətəndaşları Kambocaya gedərkən viza tələbindən azad olacaq

Azərbaycan vətəndaşları Kambocaya gedərkən viza tələbindən azad olacaq

Diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Kambocaya gedərkən viza tələbindən azad olacaq.

SİA xəbər verir ki , Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə