Lerik rayonunun Mistan kəndində şəhid Çingiz Babayevin anım mərasimi keçirilib FOTOLAR
Lerik rayonun Mistan kəndində Vətən müharibəsi şəhidi Çingiz Babayevin anım mərasimi keçirilib. Anım mərasimində Lerik rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə,təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak etmişlər. Mərasim iştirakçıları ilk öncə Mistan kəndində Qarabağ müharibəsi şəhidlərinin adına inşa edilmiş bulaq kompleksini ziyarət etmiş, daha sonra şəhidin məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Eyni məzarlıqda uyuyan 1-ci Qarabağ müharibəsi şəhidi Vahabov Əliniyaz Əhmədəli oğlunun da məzarı ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad edilib. Xatırladaq ki, şəhid Çingiz Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olub. 2018-ci il oktyabr ayının 3-də Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunun Cəmilli kəndində yerləşən "N" saylı hərbi hissədə xitmət edib. 27 sentyabrda başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. 10 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Mistan kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, Babayev Çingiz Sulduz oğlu ölümündən sonra "İgidliyə görə" , "Suqovuşanın azad olunmasına görə" , "Laçının azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB