"ABŞ birmənalı olaraq Ukrayna vasitəsilə Rusiyanı çökdürmək istəyir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Əslində Rusiya ilə Ukrayna arasında vəziyyətin gərginləşməsinə nə Ukrayna, nə də Rusiya maraqlı idi. Bu daha çox ABŞ-ın maraqlarına uyğundur. Çünki ABŞ birmənalı olaraq Ukrayna vasitəsilə Rusiyanı çökdürmək istəyir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Hyuston sənədləri üzə çıxıb ki, bu sənədlərə görə Rusiya parçalanmalıdır və orada da göstərilir ki, bu ancaq Ukrayna vasitəsilə olmalıdır: "Vəziyyətin gərginləşməsi heç bir dövlətin xeyrinə deyil. Ümumiyyətlə son zamanlar Ukraynanın cəbhədə fəallaşmasını Rusiyanın gedişi kimi dəyərləndirirəm. Çünki onların əsas məqsədləri Krımla quru əlaqəsi yaratmaq idi. 2 respublika yaratdı və Ukraynanın 2 əyalətini özünə birləşdirdi. Dünya bu məsələyə də ikiüzlü yanaşır.
Onu qeyd etmək istərdim ki, sanksiyalarla heç bir dövlət çökməyib, çökməyəcək də. 43 ildir İran sanksiya altındadır, 10 ilə yaxın Şimali Koreya sanksiya altındadır, Kuba da həmçinin uzun müddətdir sanksiya altındadır. Yəni onu deyim ki, çətinliyə düşən dövlət bundan xilas olmaq üçün yollar axtarır. Ona görə də Kerç körpüsündə partlayışın olması düşünmürəm ki, Ukraynanın işidir. Ukraynanın buraxdığı səhvlər ona çox baha-başa gələcək. Əslində Ukrayna özü istəmədən insidentə səbəb olub. Bütün hallarda müharibə getməyən bir ərazidə hər hansı bir partlayışın baş verməsi terror aktı kimi qiymətləndirilir. Yəni bu partlayış Rusiyanın xeyrinə oldu deyə bilərik. Çünki Rusiya müharibəni uduzmaqla üz-üzə idi. Rusiya nüvə başlıqlı silahlardan istifadə etmək üçün də bu addımı ata bilər. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün belə bir üsula əl atdı və bildi ki, Ukraynanın rəhbərliyi təcrübəsizdir. Rusiya üçün bir vəziyyət yaranıb ki, istədiyi vaxt nüvə başlıqlı silahlardan istifadə edə bilər.
Görünən odur ki, bu partlayış Ukraynanın işi deyil. Bu ya Rusiyanın, ya da ABŞ-ın təhlükəsizlik orqanlarının etdiyi bir işdir. Təəssüf ki, bunun cəzası Ukraynaya kəsildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB