Praqa görüşü sülhə doğru atılmış çox mühüm bir addım oldu

Praqa görüşü sülhə doğru atılmış çox mühüm bir addım oldu

Avropa siyasi birliyi” Zirvə Toplantısı bütün parametrlərinə görə qarşılıqlı əməkdaşlığın yüksək əhəmiyyətini ortaya qoydu. Çünki bu toplantıda Avropa ölkələri bir araya gəldilər. Təbii ki, bu toplantının Azərbaycan və Türkiyə üçün də olduqca faydalı nüansları var. Bölgədəki normallaşma prosesinin region ölkələri başda olmaqla bütün tərəflər üçün faydalı və əvəzolunmazdır. “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin bir araya gəlməsi sülh və normallaşma baxımından tarixi əhəmiyyət daşıyır. Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilən digər görüşləri də yüksək dəyərləndirlir. Proseslərin inkişafı bir daha təsdiq etdi ki, Ermənistan işğalçılıq iddialarından əl çəksə, Azərbaycan və Türkiyə ilə normallaşma prosesi sürətlənəcək.

Cənab İlham Əliyevin Praqa səfəri çərçivəsində çox mühüm görüşlər keçirildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq davam etdi. Lakin görüşün nəticələri göstərdi ki, cənab İlham Əliyev növbəti dəfə xalqımızın milli maraqlarına uyğun, müstəqil siyasət yürüdərək qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi, Azərbaycanın ədalətli mövqeyini bir daha onların diqqətinə çatdırdı. yekunda qəbul edilmiş bəyanat Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini və suverenliklərini tanıması ilə əlamətdar oldu. Bu, çox vacib məqam, sülhə doğru atılmış çox mühüm bir addım idi. Çünki bu günə kimi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tanınmamışdı. Bu xüsusda BMT-nin Nizamnaməsi əsas sənəd kimi götürüldü. Əlbəttə, faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqləndi. Ermənistan suverenliyimizi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bəyan etmiş oldu.

6 oktyabr 2022-ci il tarixində Praqada baş tutan görüşdə ölkəmiz çox böyük diplomatik qələbə qazanmışdır. “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Avropa İttifaqının da vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhə yavaş-yavaş yaxınlaşılır. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib. Praqada keçirilən görüşdə də müəyyən irəliləyişlər əldə edilib. Azərbaycan öz qüdrəti və diplomatiyası sayəsində bütün dünyanın nüfuzunda olan ölkədir.

Kəmalə Mustafayeva

Pirallahı Tibb Mərkəzinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə